Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram
24 sentyabr 2023 534

Qalib olduğum üçün çox sevinirəm. Bir idmançı kimi Azərbaycan birinciliyinə nail olmaq qürurverici hissdir. Bu duyğunu yaşamağı hər bir idmançıya arzu edirəm.
"SFA Federasiya Kuboku 2023" yarışlarının qızıl mükafatçısı Elnur İsgəndərov təəssüratlarını bölüşərkən deyib.
24 yaşlı idmançı yarışda əməyi keçən hər kəsə təşəkkür edib: "Yarış hər zamankı kimi yüksək səviyyədə təşkil olunmuşdu. Bu mükafatı isə qalib gəlmək üçün əlindən gələni edən, amma bacara bilməyən bütün idmançılarımıza həsr edirəm. Məşqçilərimin bu uğurumda xüsusi rolu oldu. Bizi yaxşı hazırladılar, dənizə sərbəst şəkildə çıxa bilməyimiz üçün xüsusi köməklik göstərdilər. Ölkəmizdə bu idman növünə maraq getdikcə artır və inkişaf edir. Sevindirici haldır ki, bu sahəyə cəlb olunan yelkənçilərimiz artıq bir çox nailiyyətlər əldə ediblər".
Bənzər xəbərlər

Həndbolçular üçün maarifləndirmə seminarı keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həndbolçular üçün maarifləndirmə seminarı keçirib.
Bu ... Ətraflı

Komandamız Dünya kubokunda 18-ci yeri tutub
Atıcılıq üzrə gənclər arasında Dünya kuboku davam edir.
Almaniyanın Sul şəhərində ... Ətraflı