Qızıl medal qazanan avarçəkənimiz qələbə təəssüratlarını bölüşdü
02 may 2025 625
"Yarışı bir qızıl və iki gümüş medalla başa vurdum".
Bu sözləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasının sonuncu yarış günündə qızıl medal qazanan Əlimurad Hacızadə jurnalistlərə müsahibəsində deyib.
Birnəfərlik kayak qayığında (K-1) 1000 metr məsafəyə yürüşdə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız növbəti hədəfləri barədə də açıqlama verib.
"Rəqiblərim hər il qarşılaşdığım idmançılar idi. Ötən illərlə müqayisədə daha soyuqqanlı olmağa çalışdım və bunu bacardım. Üç gün davam edən bu yarışların hər günündə medal qazandım.
Hazırda bizi Slovakiya reqatası və III MDB Oyunları gözləyir. Çalışacağam ki, qarşıdakı yarışlarda da uğurla çıxış edərək ümidləri doğruldum", - deyə Əlimurad Hacızadə bildirib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 15 (1 qızıl, 7 gümüş və 7 bürünc) medalla başa vurublar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı