Xəbərlər

Qızlardan ibarət millimiz rəqibini darmadağın etdi  

19 iyul 2023 284

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda qrup oyunları davam edir. B qrupunda qərarlaşmış millimiz, qrupun ikinci oyununda Moldova seçməsini 78-55 hesabı ilə məğlub edərək qrupda ilk sıraya yüksəlib. Qızlardan ibarət millimizin qrupdakı sonuncu oyunu Albaniya yığmasına qarşı olacaq. Oyun 20 iyul Bakı vaxtı ilə saat 19:00 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.