Qubada Avropa Kubokunun təntənəli açılış mərasimi keçirilib
03 may 2025 840
Mayın 3-də Quba Olimpiya İdman Kompleksində keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokunun təntənəli açılış mərasimi keçirilib.
Qubaya ezam olunan əməkdaşının verdiyi məlumata görə açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış ediblər.
Çıxışlarda Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanındığı qeyd edilib. Vurğulanıb ki, cüdo ölkəmizdə sevilir və geniş kütləyə malikdir.
Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra final görüşlərinə start verilib.
Məlumat üçün bildirək ki, Avropa Cüdo Birliyinin, Azərbaycan Cüdo Federasiyasının, Gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Avropa Kubokunda 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır. Azərbaycan bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur. Yarışlara sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı