Qubada Olimpiya mükafatçıları ilə görüş keçirilib
22 noyabr 2024 747
“İdman Paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb.
Səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.
13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.
Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçılarıyla görüşüb, onların suallarını cavablandırıblar. Görüşün sonunda yeniyetmə idmançılar üçün avtoqraf sessiyası təşkil edilib. Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
