Rafiq Hüseynov: "Paris-2024"də uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm"
12 may 2024 953
"Çıxışım parlaq olmasa da, yaddaqalan idi".
Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.
87 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı görüşlərin özü üçün çətin keçdiyini bildirib: "Tam formada deyildim. Çünki zədəm var idi. Lakin əlimdən gələni etməyə çalışırdım. Şükürlər olsun ki, lisenziya qazana bildim".
O, yarışda qarşılaşdığı bütün rəqiblərinə ciddi yanaşdığı söyləyib: "Mən heç bir görüşə rahat şəkildə çıxmıram. Bütün rəqiblərimə ciddi yanaşıram.
Qeyd edək ki, Rafiq Hüseynovla yanaşı, Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriəti də (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər. Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı