Reqbi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
24 aprel 2025 661
12 yaşadək oğlan reqbiçilərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.
Yeni formalaşan yığmamızın ilk sınağı Bosniya və Herseqovinanın Zenitsa şəhərində gerçəkləşəcək.
Komandamız mayın 17-də start götürəcək yarışa 14 oyunçu ilə yollanacaq. Baş məşqçi Eldar Kərimov turnirdə Tahir Rəhimov, Cavad İsmayılzadə, Səid Zeynalov, Ömər İbrahimli, İbrahim Mehdisoy (hamısı "EAS Simurq"), İbrahim Əlizadə, Əzim Əlizadə, Tamerlan Aydayev, Vəli Vəlizadə (hamısı "Dünya school"), Əli Qubadzadə, Ziya Oruclu, Hidayət Xəlilzadə, Nadir İsmayılzadə (hamısı "Qarabağ"), İsmayıl Salmanov ("Şamaxı OM").
Qeyd edək ki, mayın 18-də başa çatacaq turnirdə yığmamızın kapitanı Əli Qubadzadə olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı