Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib
11 iyun 2025 754
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresində qəbul edilib.
Nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri yer alıblar.
Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.
Qeyd edək ki, toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı