Respublika turnirinə yekun vurulub
08 mart 2025 879
Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Sumqayıtda keçirilib. Yarışda Sumqayıt idmançılari ilə yanaşı, Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib. 2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutublar.
Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ilə Mehri Aslanzadə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı