Xəbərlər

Rumıniyada keçirilən Avropa çempionatında üçüncü olan sərbəst güləşçilərimiz Vətənə dönüblər

19 fevral 2024 117

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında üçüncü olan Azərbaycanın sərbəst güləşçiləri fevralın 19-da Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları ailə üzvləri, yaxınları və federasiya nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kq), Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medalları qazanıblar. Bununla da yığmamız 122 xalla komanda hesabında üçüncü olub.