Xəbərlər

Rusiya Olimliya Komitəsinin prezidenti istefa verdi

15 oktyabr 2024 890

Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti, Olimpiya Oyunlarının beşqat mükafatçısı Stanislav Pozdnyakov vəzifəsindən istefa verib. 

 

Bu barədə Rusiya Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Rusiyanın Novosibirsk şəhərində anadan olan 51 yaşlı mütəxəssis, ölkəsinin üzləşdiyi geosiyasi problemləri diktə edərək Rusiyanın onilliklər boyu yay və Qış Olimpiya Oyunlarında medal qazanmaq üçün əsas iddiaçı olduğunu, lakin Ukraynadakı müharibə səbəbindən Parisdəki son oyunlarda komanda yarışlarından kənarlaşdırıldığını bildirib.

 

Qeyd edək ki, Stanislav Pozdnyakov 2018-ci ildən Rusiya Olimliya Komitəsinin prezidenti vəzifəsini icra edirdi. Bundan əvvəl o, iki il ərzində ROK-un vitse-prezidenti vəzifəsində çalışıb. 

 

Noyabrın 7-də Rusiya Olimpiya Komitəsinin iclasında keçiriləcək seçkilərdə ROK-un yeni prezidentinin adına aydınlıq gələcək.