Rusiyalı olimpiya mükafatçısı dünyasını dəyişib
16 yanvar 2025 808
Üzgüçülük üzrə rusiyalı olimpiya mükafatçısı Dmitri Volkov dünyasını dəyişib.
Bu barədə Rusiya Su İdmanı Federasiyasının (FVVSR) mətbuat xidməti məlumat yayıb.
O, 58 yaşında vəfat edib. Mərhum idmançı ötən ilin mart ayından səhhətində yaşadığı ciddi problemlərə görə müalicə alırmış.
Qeyd edək ki, Dmitri Volkov 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən olimpiadada iki bürünc və 1992-ci ildə İspaniyanın Barselona şəhərində təşkil edilən olimpiadada isə gümüş medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı