Rusiyalı xizəkçilər Azərbaycanda keçiriləcək Dünya Kubokuna lisenziya qazanıblar
21 dekabr 2024 950
Rusiyalı dağ xizəkçiləri Pavel Yakimov və Varvara Proxorova gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak hüququ qazanıblar.
Rusiya mətbuatına istinadən, Beynəlxalq Xizək Alpinizmi Federasiyası (ISMF) hər iki idmançıya qurumun bayrağı altında keçirilən turnirlərdə mübarizə aparmaq üçün lisenziya verib.
Bununla da həm P.Yakimov, həm də V.Proxorova Dünya Kubokunun Azərbaycanda keçiriləcək İkinci mərhələsində neytral statusda çıxış edəcəklər.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı