Rusiyanın tanınmış akademiyasının gimnastları III MDB Oyunlarında iştirak edəcəklər
23 sentyabr 2025 - 16:40 430
Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyasının idmançıları III MDB Oyunlarında iştirak edəcəklər.
Bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki Olimpiya İdman Kompleksinin arenasında öz bacarıqlarını nümayiş etdirəcəklər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı