Ruslan Lunyov Paris-2024-də mübarizəni dayandırdı
04 avqust 2024 1204
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atıcılıq yarışları davam edir. Azərbaycan atıcısı Ruslan Lunyov olimpiadada ikinci cəhdinə çıxıb. 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparan idmançımız ikinci mərhələdə 291 xal toplayıb.
Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı