Xəbərlər

Ruslan Paşayev dünya çempionatında ilk qələbəsini qazanıb

05 oktyabr 2026 - 11:36 23

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

 

İdmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırıb.

 

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

 

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.