"Sabah" komandasından "Gəncə" üzərində çətin qələbə
08 aprel 2023 801
8 aprel tarixində Gəncə Olimpiya İdman Kompleksində 25-ci turun açılış oyunu baş tutub. "Gəncə" doğma azarkeşlər önündə, paytaxt "Sabah" basketbolçularını qəbul edib. Xalaxal prinsipi ilə keçən gərgin oyunun sonunda "Sabah" komandası, amerikalı oyunçusu Kalin Kreynin sona bir saniyə qalmış yerinə yetirdiyi dəqiq üçlüklə oyunu 87-84 hesablı qələbə ilə tamamlayıb. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 33 xal, 3 ribaund ), "Sabah BK" (Kalin Kreyn - 20 xal, 3 ribaund )
Qeyd edək ki, turun digər oyunları ( "Olimpik Şəki" - "Neftçi", "AAAF Xırdalan" - "NTD", "Sərhədçi" - "Zirvə Astara" ) 9, 10 və 11 aprel tarixlərində baş tutacaq
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
