Sabah Şəriəti Paris-2024-ü medalsız başa vurdu
06 avqust 2024 933
Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə üçüncü yer uğrunda görüşlərə start verilib.
130 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Sabah Şəriəti də üçüncü yer uğrunda görüşə çıxıb.
Həlledici mərhələdə idmançımızın rəqibi iranlı Amin Mirzəzadə olub. Görüş rəqib idmançının 4:0 hesablı qələbəsi ilə başa çatdığından güləşçimiz Paris-2024-ü medalsız başa vurub.
Qeyd edək ki, Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, növbəti mərhələdə isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlsə də yarımfinalda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopesə məğlub olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı




