Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb
27 mart 2026 - 14:50 330
Azərbaycan güləşçisi Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb.
AMADA-dan bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerləri aşkar olunub. Eyni zamanda, sənəddə idmançı tərəfindən qadağan edilən maddədən və ya qadağan edilən üsuldan istifadə cəhdinin olduğu qeyd edilib.
Qərara əsasən, Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Sanksiyanın icrasına 1 sentyabr 2025-ci il tarixindən başlanılıb və 31 avqust 2029-cu il tarixinədək qüvvədə olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı