Sablyaçımız Paris-2024-ə qələbə ilə başladı
29 iyul 2024 1209
Bu gün Azərbaycan sablyaçısı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Qadın sablyaçıların şəxsi yarışında qüvvəsini sınayan təmsilçimiz 16-lığa yüksəlmək üçün çinli Yang Hengyu ilə qarşılaşıb.
Görüşdə 15:9 hesablı qələbə qazanaraq 1/8 finala mərhələsinə yüksəlib.
Təmsilçimizin 1/8 finalda rəqibi Ukrayna qılıncoynadanı Olqa Xarlan olacaq.
Görüş Bakı vaxtı ilə saat 16:05 başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



