Samboçularımız MDB Oyunlarını 8 medalla başa vurdular
29 sentyabr 2025 - 20:36 639
III MDB Oyunları çərçivəsində keçirilən sambo yarışlarına yekun vurulub.
Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarış Azərbaycan komandası üçün 8 (2 qızıl, 3 gümüş, 3 bürünc) medalla yadda qaldı.
Komandamızın heyətində Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq) qızıl medala layiq görülüb. Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) və Rüstəm Qasımzadə (58 kq) çıxışını gümüş medalla başa vurub. Bürünc medallara isə Sadiq Nadirov (79 kq), Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) sahib olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı