Şamil Əsgərov Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb
24 may 2024 1370
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.
57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı