"Səhər idmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri keçirilib
22 sentyabr 2025 - 08:03 600
Bu yaxınlarda astaralılar çox maraqlı bir idman tədbirinə şahidlik ediblər.
Belə ki, burada "Səhər idmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri keçirilib. Rayonun 13 nəfər sakini Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Astara Dənizkənarı Park Bulvar Kompleksində idman edərək sağlam həyat tərzinə çağırış ediblər. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlaması olan tədbir bundan sonra həftə içi hər gün saat 07:00-dan 08:00-dək astaralıları bir araya gətirəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı