Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
26 sentyabr 2026 - 10:51 27
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.
75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).
Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.
Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və ... Ətraflı
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının ... Ətraflı