Sena çayında suyun çirkli olmasına görə məşq ləğv edilib
29 iyul 2024 723
Paris olimpiadasında triatlonçuların bazar ertəsinə planlaşdırılan yarışı öncəsi ikinci üzgüçülük məşqi ləğv edilib.
Yarışın Təşkilat Komitəsinin mətbuat xidmətinə istinadən, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır.
Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı