Sənan Süleymanov Paris-2024-də beşinci oldu
07 avqust 2024 1265
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Bu gün klassiklərin medallar uğrunda mübarizəsində təmsilçimiz Sənan Süleymanov da mübarizə aparıb.
77 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa çempionumuz üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb.
Görüş rəqib idmançının 5:6 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da idmançımız Paris-2024-ü beşinci pillədə başa vurub.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan idmançımız Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyana və macarıstanlı Zoltan Levaya qalib gəlsə də yarımfinalda qazaxıstanlı Demeu Jadrayevə məğlub olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



