Sərbəst güləşçilər dünya çempionatına 3 medalla başladı
14 sentyabr 2025 - 23:19 594
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.
Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, hər 3 güləşçimiz ilk dəfə böyüklər arasında dünya çempionatında medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı