Sərbəst güləşçilərimiz ilin ilk yarışına Varnada başlayacaqlar
17 yanvar 2025 699
Yanvarın 23-dən 26-dək Bolqarıstanın Varna şəhərində güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə milli komandamızın 8 idmançısı mübarizə aparacaq.
Ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək. Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı