Xəbərlər

"Shahdag Running Fest" qaçış yarışı keçirilib

13 iyul 2025 - 19:07 200

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin və "Race.az"ın təşkilatçılığı ilə "Shahdag Running Fest" qaçış yarışı keçirilib.

 

"Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, yarışda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna Birləşmiş Krallıq, Avstriyadan 600-ə yaxın həvəskar atlet qaçış yarışında qələbə üçün mübarizə aparıb.

 

İdmançılar 53, 27 və 9 km-lik məsafələr üzrə yarışaraq birincilik uğrunda mübarizə aparıblar.

 

Yarışın nəticələri:

 

Qadınlar arasında 9 km
I yer Məmmədbəyova Arzu
II yer Şetinina Yelena
III yer Mayorova Alyona

 

Qadınlar arasında 27 km
I yer Qəribova Nəzrin
II yer Yusupova Anna
III yer Nistl Simone

 

Qadınlar arasında 53 km
I yer Vallek Natalya
II yer Abdinova Leyla
III yer Həsənova Emiliya

 

Kişilər arasında 9 km
I yer Mikayilzadə Musa
II yer Zalıyev Nəcməddin
III yer Qalabağıyev Nəbiulla

 

Kişilər arasında 27 km
I yer Quliyev Faqət
II yer Qalabağıyev Nasrulla
III yer Xeyirov Rauf

 

Kişilər arasında 53 km
I yer Əliyev Ağa
II yer Askarov Elmir
III yer Rzayev Rasim

 

Sonda qaliblər təşkilatçılar tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.