Simonov Dünya kubokunda mövqeyini qoruyub
24 mart 2025 759
Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya kuboku seriyasında halqalarla hərəkətdə lider statusunu möhkəmləndirib.
3 mərhələdən sonra təmsilçimiz 80 xalla ümumi sıralamada 1-ci pillədəki mövqeyini qoruyub.
Nikita Bakıda qızl medal qazanaraq 30, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində isə gümüş medala sahiblənərək hər birində 25 xal qazanıb.
Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı