Sinqapur Qran-prisinin qalibi müəyyənləşdi
23 sentyabr 2024 950
“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris 2024-cü il mövsümünün Formula-1 avtomobil sinfində dünya çempionatının 18-ci mərhələsinin - Sinqapur Qran-prisinin qalibi olub.
Yarışda ikinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. İlk üçlüyü bir həftə əvvəl Bakıdakı yarışda çempion olan "Maklaren"in avstraliyalı pilotu Oskar Piastri tamamlayıb.
Qeyd edək ki, növbəti mərhələ oktyabrın 18-dən 20-dək ABŞ-nin Ostin şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı