Skopye-2025: Atıcılarımız fərdi yarışlarda iştirak ediblər
22 iyul 2025 - 17:09 614
Skopye-2025 çərçivəsində "Partizan" idman zalında keçirilən güllə atıcılığı üzrə qızların pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında təmsilçimiz Leyli Əliyeva 7-ci yeri tutub - (371-6 x).
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu növdə türkiyəli Ezginur Türkmən (378-9x), belaruslu Alina Nestsiaroviç (375-10 x) və ispaniyalı Qloriya Sançes (373-9x) ilk üçlükdə qərarlaşıblar.
Bu növdə mübarizə aparan oğlanların yarışında isə atıcımız Oleq Kerjankin (371,0-10x) festvaldakı mübarizəsini 15-ci pillədə tamamlayıb. Onun mübarizə apardığı yarışda modovalı Ursu Klimenti (384-15x) çempion tituluna yiyələnib. Serbiyalı Uros Gajic (382.0-17x) festivalın gümüş, italiyalı Loris Quarta (382) isə bürünc medala yiyələniblər
Qeyd edək ki, təmsilçilərimiz Skopye-2025-də güllə atıcılığı üzrə 10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 4 kateqoriya üzrə (duet, fərdi, solo, duet HİT/MİSS) mübarizə aparırlar. Oleq Kerjankin və Leyli Əliyeva sabah solo (10 m), iyulun 25-də isə duet HİT/MİSS (10 m) yarışlarında iştirak edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

