Skopye-2025: Avropa çempionumuzdan uğurlu başlanğıc
23 iyul 2025 - 11:27 551
Skopye-2025 çərçivəsində keçirilən cüdo yarışlarının ikinci gününə start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün komandamızın üzvü, Avropa çempionumuz Zeyd Ələsgərov ilk görüşünə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan cüdoçumuz italiyalı rəqibinə ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün daha iki cüdoçumuz tatami üzərinə çıxacaq.
Bənzər xəbərlər
Mediamızın Olimpiya məşəli
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev "Olimpiya dünyası" qəzetinin ... Ətraflı
Azərbaycan Avropa Olimpiya Akademiyalarının rəhbərliyində təmsil olunacaq
15–18 noyabr 2026-cı il tarixlərində Maltada Avropa Olimpiya Akademiyalarının (European ... Ətraflı