Skopye-2025: Azərbaycana ilk qızıl medalı Rza Xəlilli qazandırdı
22 iyul 2025 - 19:43 654
Azərbaycan komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, komandamızın ilk medalçısı -50 kq çəki dərəcəsində mübarizə aparan Rza Xəlilli olub.
Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz əvvəlcə Angel Radevskini (Şimali Makedoniya) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələlərdə macarıstanlı Milan Szabo və böyük britaniyalı Koen Cilbertə qalib gələn idmançımız həlledici görüşə vəsiqə əldə edib.
Finalda ispaniyalı idmançı Alexandro Çiarroniyə də qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha iki cüdoçumuz Gülşən Hüseynova (-44 kq) və Rəsul Əlizadə (-55 kq) də final görüşünə çıxacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı

