Skopye-2025: Beşinci yarış gününün GÜNDƏLİYİ
25 iyul 2025 - 07:18 718
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci yarış gününə start veriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, yarışların beşinci günündə Azərbaycan komandası 6 (cüdo, taekvondo, üzgüçülük, atletika, idman gimnastikası, atıcılıq) idman növündə mübarizə aparacaq.
Fərdi yarışlarda qüvvəsini sınayacaq 10 idmançımızla yanaşı, güllə atıcılığı (duet HİT/MİSS) yarışlarında da komandamız mübarizə aparacaq.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
25 iyul
09:00. Taekvondo (oğlanlar), 73 kq
İdmançı: Enes Duşku (Monteneqro) - Yunis Hüseynov (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:00. Üzgüçülük (qızlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı: Mehri Əbdürrəhmanlı (50 m sərbəst üsul)
İdmançı: Vlastilina Xasyanova (50 m sərbəst üsul)
Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:40. Üzgüçülük (oğlanlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı :Amin Oruclu (400 m kompleks üzmə)
Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:48. Taekvondo (oğlanlar), +73 kq
İdmançı: Nikola Vitkoviç (Serbiya) - Elcan Əliyev (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:50. Güllə atıcılığı (duet HİT/MİSS)
İdmançı: Oleq Kerjankin, Leyli Əliyeva (pnevmatik tapança,10 m)
Məkan: “Partizan” idman zalı
11:00. Atletika (oğlanlar),təsnifat mərhələsi, B qrupu
İdmançı: Əmir İsmayılov (Uzunluğa tullanma)
Məkan: Todor Proeski milli stadionu
11:00. Cüdo (qızlar), +70 kq
İdmançı: Mixaela Hoellvart (Avstriya) -Zemfira Əliyeva (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəz
11:10. Cüdo (oğlanlar), +90 kq
İdmançı: Sübhan Axundov
Məkan: Yan Sandanski İdman Mərkəzi
14:30. İdman gimnastikası (qızlar), final mərhələsi
İdmançı: Albina Əliyeva (dayaqlı tullanma)
Məkan: “Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)
18:35. Atletika (oğlanlar), final mərhələsi
İdmançı: Toğrul Şahtahtinski (çəkicatma)
Məkan: Todor Proeski milli stadionu
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı