Skopye--2025: Cüdoçumuzun bürünc medal şansı davam edir
25 iyul 2025 - 12:25 644
Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlar davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün komandamızın daha iki üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Sübhan Axundov (+90 kq) 1/8 finalda italiyalı Miçel Koriska üzərində texniki qələbə qazanıb. Lakin idmançımız növbəti mərhələdə fransalı Azriel Dekenne Diffoya məğlub olub. Fransalı idmançı finala çıxacağı təqdirdə cüdoçumuz təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.
Bu gün mübarizə aparan digər cüdoçumuz Zemfira Əliyeva (+70 kq) isə 1/16 finalda Mixaella Hoellvarta (Avstriya) məğlub olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


