Skopye-2025: Daha bir cüdoçumuz finalın bir addımlığında
23 iyul 2025 - 13:33 690
Azərbaycan cüdoçusu Nuranə Hacızadə Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda moldovalı Qabriela Hertaya qalib gəlib.
Təmsilçimiz finala vəsiqə uğrunda görüşdə macarıstanlı Viktoriya Kisslə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl digər cüdoçumuz Zeyd Ələsgərov (-60 kq) da çexiyalı Matey Spiçkaya qalib gələrək adını yarımfinal mərhələsinə yazdırmışdı.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı