Skopye-2025: Daha iki cüdoçumuz festivala qələbə ilə başladı
23 iyul 2025 - 12:30 469
Skopye-2025 çərçivəsində keçirilən cüdo yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün komandamızın daha iki üzvü - Nuranə Hacızadə (-48 kq) və Aysun Məmmədova (-52 kq) mübarizəyə başlayıb.
Yarışa 1/8 finaldan başlayan Nuranə Hacızadə serbiyalı Mara Rasiçə ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Digər cüdoçumuz Aysun Məmmədova isə 1/8 finalda ukraynalı Yelizaveta Yemelyanovanı məğlub edib.
Qeyd edək ki, daha əvvəl, Avropa çempionumuz Zeyd Ələsgərov 1/8 final mərhələsində italiyalı rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

