Skopye-2025: Macarıstan medal sıralamasına başçılıq edir - Medal siyahısı
21 iyul 2025 - 22:29 565
Şimali Makedoniya və Xorvatiyada keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ilk yarış günü arxada qalıb.
Günün yekun nəticələrindən sonra Macarıstan komandası 3 qızıl medalla birinci pillədə qərarlaşıb. Aktivində 2 qızıl, 3 gümüş medal olan İspaniya komandası ikincidir. Günü bir dəst medalla başa vuran İtaliya komandası isə ilk “üçlüyü” qapayır. Hesabında 2 (1 qızıl, 1 gümüş) medal olan Fransa yığması dördüncü, qardaş ölkə Türkiyə millisi isə 1 qızıl medalla ilk “beşlik”də qərarlaşıb. Ümumilikdə ilk yarış günündə 23 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb.
Yarışda 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunan Azərbaycan komandası isə hələ ki, medal hesabını aça bilməyib.
Skopye-2025-də medal qazanan ölkələr
|
№ |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|
1 |
Macarıstan |
3 |
0 |
0 |
3 |
|
2 |
İspaniya |
2 |
3 |
0 |
5 |
|
3 |
İtaliya |
1 |
1 |
1 |
3 |
|
4 |
Fransa |
1 |
1 |
0 |
2 |
|
5 |
Türkiyə |
1 |
0 |
0 |
1 |
|
6 |
Polşa |
1 |
0 |
0 |
1 |
|
7 |
Estoniya |
1 |
0 |
0 |
1 |
|
8 |
Bosniya və Herseqovina |
1 |
0 |
0 |
1 |
|
9 |
Norveç |
1 |
0 |
0 |
1 |
|
10 |
Yunanıstan |
0 |
1 |
1 |
2 |
|
11 |
İsveçrə |
0 |
1 |
1 |
2 |
|
12 |
Ukrayna |
0 |
1 |
0 |
1 |
|
13 |
Sloveniya |
0 |
1 |
0 |
1 |
|
14 |
Böyük Britaniya |
0 |
1 |
0 |
1 |
|
15 |
Serbiya |
0 |
1 |
0 |
1 |
|
16 |
Slovakiya |
0 |
1 |
0 |
1 |
|
17 |
Çexiya |
0 |
0 |
2 |
2 |
|
18 |
Avstriya |
0 |
0 |
2 |
2 |
|
19 |
Portuqaliya |
0 |
0 |
1 |
1 |
|
20 |
İrlandiya |
0 |
0 |
1 |
1 |
|
21 |
Kipr |
0 |
0 |
1 |
1 |
|
22 |
İsrail |
0 |
0 |
1 |
1 |
|
23 |
Belarus (NOC) |
0 |
0 |
1 |
1 |
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı