Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı
24 iyul 2025 - 14:50 612
Skopye -2025 çərçivəsində keçirilən taekvondo yarışlarında daha iki idmançımız çıxışını başa vurub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, ilk mərhələdə rəqibinə qalib gələn Aydın Suleymanov (55 kq) 1/16 finalda Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Uladzimir Marozova məğlub olub.
63 kq çəki dərəcəsində qüvvəsini sınayan Ziya Həsənli isə eyni mərhələdə türkiyəli Nüsret Ege Çakıra uduzaraq, yarışla erkən vidalaşıb.
Daha əvvəl xanım taekvondoçumuz Sehri Cəlalova (55 kq) da 1/32 finalda türkiyəli Sila Uzuncavdara uduzaraq turnirdə çıxışını yekunlaşdırmışdı.
Qeyd edək ki, sabah keçiriləcək taekvondo yarışlarının son günündə Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) mübarizəyə başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


