Skopye-2025: Təmsilçimiz üçün 1 xal kifayət etmədi
23 iyul 2025 - 13:44 689
10 metr məsəfəyə tapanca ilə qızların solo fərdi yarışında təsnifatın nəticələri məlum olub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, 23 yarışçı arasında ölkəmizi təmsil edən Leyli Əliyeva mərhələ səddini keçə bilməyib. Gənc idmançımız birinci mərhələni 15 xalla kecçsə də, ikinci mərhələdə 28 xal toplayıb. Bu nəticə ilə o, təsnifatı altıncı pillədə tamamlayaraq finala vəsiqə qazanmaq şansını itirib.
Onun bu məsafədə finala çıxması üçün 1 xal çatmayıb. Yekun göstəricilərə görə, Qloriya Sançes (İspaniya) 32, Alina Nestsiaroviç (BOK) 30, Aneta Mareçkova (Çexiya) 29 və Yuliya İsaçenko (Ukrayna) 29 xal toplayaraq, medallar uğrunda mübarizəni davam etdirəcəklər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı