Son çempion məğlubiyyətlə başladı
04 fevral 2023 1191
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib. Birinci yarış günü məhsuldar alınıb. Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb.
Birinci tur reytinq favorit olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub. Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyallə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.
Nurtan Nuriyeva ilk turda istirahət edib.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı