Spiros Kapralos "Şərəf Çələngi" mükafatına layiq görülüb
14 fevral 2026 - 21:13 366
AOK prezidenti Spiros Kapralos Milan-Kortina şəhərində, "Casa Lombardia"da baş tutan mərasimdə Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının (FICTS) ali mükafatına layiq görülüb.
Bu mərasim çərçivəsində o, Şöhrət Zalına (Hall of Fame) daxil edilib və "Sport Movies & Tv 2026" festivalının açılışını gerçəkləşdirib.
Spiros Kapralosa "İdman, Televiziya və Kino Oskarı" hesab edilən, mədəni və etik dəyərlərin təbliğində mühüm fəaliyyəti ilə seçilən şəxslərə təqdim olunan "Guirlande d'Honneur" (Şərəf Çələngi) mükafatı təqdim edilib.
Mükafatlandırma mərasimi Olimpiya Oyunları çərçivəsində, Olimpizmi kino və idman televiziyası ilə əlaqələndirmək məqsədilə təsis edilmişdir.
Simvolik əhəmiyyətindən əlavə, bu fəxri ad sahibinin avtomatik olaraq bir çox nüfuzlu şəxslərin yer aldığı FICTS-in Şöhrət Zalına daxil edilməsini nəzərdə tutur.
AOK prezidenti Spiros Kapralos öz çıxışında diqqəti şəxsi uğurundan daha çox Avropa Olimpiya Hərəkatının kollektiv fəaliyyətinə yönəldib: " 'Guirlande d’Honneur' mükafatına layiq görülmək və idman, kino, televiziya dünyasının bir çox ikonik simaları ilə birlikdə FICTS-in Şöhrət Zalında yer almaq həm qürurverici, həm də olduqca mühüm bir hadisədir," – deyə o qeyd edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı