Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək
14 sentyabr 2024 557
"Bakıdakı yarışı unutmayacağam. Burada əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək".
B sözləri Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında birinci olan "PHM AIX Racing" komandasının pilotu Yozua Dürksen mətbuat konfransında deyib.
Paraqvaylı sürücü yaxşı mövsüm keçirdiyini bildirib: "Formula 2-də debüt ilimdir. Buna baxmayaraq, hazırda çox yaxşı formada olduğumu düşünürəm. Məşqlərimiz yaxşı keçmişdi. Ortaya möhtəşəm iş qoyduğum üçün xoşbəxtəm. Təbii ki, bu, kifayət deyil, təkmilləşmək lazımdır".
Y.Dürksen Bakıdakı yarışın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bugünkü nəticədən sonra Formula 1-də çıxış etmək üçün şanslarımı artırdım. Bu, komanda yoldaşlarımla birgə əziyyətimizin hədiyyəsidir. Onlarla çox yaxşı münasibətim var. Bir-birimizin uğurlarına sevinirik. Birlikdə bir çox iş gördük, bir-birimizə kömək etdik. Aramızdakı yaxşı münasibət bizi uğura doğru aparır".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı