Stolüstü tennis millimiz bürünc medalı təmin etdi
09 noyabr 2025 - 17:51 486
Qadınlardan ibarət stolüstü tennis millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
Olympic.az xəbər verir ki, millimiz 1/4 finalda Maldiv adaları komandası ilə qarşılaşıb. Oyunda 8:3 hesablı qələbə qazanan millimiz yarımfinala vəsiqə əldə edib. Stolüstü tennisçilərimiz bununla da ən azı bürünc medalı təmin edib.
Komandamız sabah finala vəsiqə uğrunda görüşdə Misir kollektivi ilə üz-üzə gələcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı