Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub
01 may 2025 703
Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa" İdman Kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər.
19 yaşadək qızlar arasında "Sümqayıt-1" kollektivi birinci yeri tutub. "Bakı-1" ikinci, "Şabran" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mukafata "Bakı-1" komandası sahib çıxıb. "Sumqayıt" ikinci, "Şabran" və "Bakı-2" üçüncü olub.
U-15 kateqoriyasında qızların mubarizəsi "Sumqayıt-1"in qələbəsi ilə nəticələnib. "Bakı-1" ikinci, "Sumqayıt-2" və "Sumqayıt-3" üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə "Şabran" idmançıları qalib ayrılıblar. "Bakı-1" ikinci, "Sumqayıt-1" və "Sumqayıt-2" komandası üçuncü olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı