Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı
23 dekabr 2024 992
Sumqayıt şəhərində 2014-cü il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.
Fərqlənən idmançılara federasiyasının hədiyyələri təqdim edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı