Stolüstü tennisçilər Özbəkistandan 7 medalla qayıdırlar
21 may 2026 - 11:50 315
Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanın Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə uğurla çıxış ediblər.
Yarışda ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yeri tutublar.
Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü olmuşdu. Beləliklə, gənclərdən ibarət milli komandalar Vətənə 7 mükafatla qayıdırlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı