Stolüstü tennisçilərimiz beynəlxalq yarışda fəxri kürsüdə yer aldılar
17 aprel 2024 1269
Stolüstü tennis üzrə 15 yaşadək yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində iştirak ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında mübarizə aparıb. Komandamız turnirdə Qazaxıstan və Türkiyə millisindən sonra üçüncü yerə sahib çıxıb. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı