Stolüstü tennisçilərimizdən növbəti uğur
20 sentyabr 2023 492
Gürcüstanın Batumi şəhərində keçirilən stolüstü tennis üzrə dünya seriyalı "WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub. Yarışda iştirak edən komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Təmsilçilərimizdən Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə nail olub.
Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsində gücünü sınayan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutub. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.
Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.
Bənzər xəbərlər
COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar
“Bildiyiniz kimi, "Qarabağ” Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə ... Ətraflı
Məşhur futbolçu Ronaldinyo Qauço Azərbaycandadır
Məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri ... Ətraflı